Hezi Aslanov metrosuna yaxın, tam təmirli 1 otaqlı mənzil kirayə verilir
Hezi Aslanov metrosundan cəmi 5–7 dəqiqəlik piyada məsafəsində, əlverişli və yaşayış üçün rahat ərazidə yerləşən 1 otaqlı, tam təmirli mənzil kirayə verilir.
Mənzil 16 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 55 kv.m-dir. Mənzil tam təmirli və yaşayış üçün hazır vəziyyətdədir. İçərisində olan mebel və məişət əşyaları ilə birlikdə kirayə verilir.
Ərazi baxımından olduqca əlverişlidir. Yaxınlıqda iaşə obyektləri, gündəlik tələbat üçün lazım olan müxtəlif xidmət sahələri və digər infrastrukturlar mövcuddur. Qaz, işıq və su daimidir. İstilik sistemi mərkəzidir.
Depozit: 500 AZN. Depoziti hissə-hissə ödəmək mümkündür.
Mənzil səliqəli və rahat yaşayış axtaran şəxslər üçün ideal seçimdir. Gənc ailələrə üstünlük verilir.